Prezident Gömrük Komitəsinin 2 müavinini İŞDƏN ÇIXARDI
28 dekabr 2022 11:33 (UTC +04:00)

Prezident Gömrük Komitəsinin 2 müavinini İŞDƏN ÇIXARDI

Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Növbəti Sərəncamla Natiq Telman oğlu Şirinov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

# 2505
avatar

Fidan İlqar

Oxşar yazılar