“İndi isə Füzulidən Xocavənd rayonuna gedirik. Ondan sonra da Şuşa şəhərinə gedəcəyik. Qarşımızda gözəl mənzərə açılır. Gözəl qarlı dağlar, dağların başında qar”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı deyib.
Prezident bildirib ki, gözəl Azərbaycan diyarımızdayıq: “Bu isə Şəkərcik kəndidir. Şəkərcik kəndi Füzuli şəhərinə bitişik kənddir və Füzuli şəhəri azad olunanda Şəkərcik uğrunda da şiddətli döyüşlər gedib. Baxın, düşmən işğal dövründə bütün bu əraziləri yerlə-yeksan edib. Füzuli şəhərində biz artıq olmuşuq. O dəhşətli mənzərəni Azərbaycan xalqı görüb. Bütün dünya görüb və görməlidir. Bütün dünya görməlidir. Və göstəriş verildi ki, xarici qonaqları Azərbaycana dəvət edib, bu bölgələrə gətirib, onlara erməni vəhşiliyini, əməllərini göstərək. Bütün dünya görür ki, hansı vəhşi düşmənlə biz müharibə aparmışıq və hansı vəhşi düşməni məhv etmişik. Bu dağlar bizimdir”.
Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərdən video-paylaşımlar edib.