Prezident İlham Əliyev
03 may 2022 14:02 (UTC +04:00)

Prezident İlham Əliyev

Prezident: “Azərbaycanla İsrailin fəal əməkdaşlığı məmnunluq doğurur”

Bu gün Azərbaycan-İsrail əlaqələrinin əhatə dairəsinin genişlənməsi, bir sıra mühüm sahələrdə ölkələrimizin fəal əməkdaşlığı məmnunluq doğurur.

Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirilib.

Hesab edirəm ki, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini genişləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, - Prezident İlham Əliyev vurğulayıb.

# 1185
avatar

Oxşar yazılar