Azərbaycan Xalq partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn koronavirusa yoluxub.
Lent.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Qeyd edək ki, P.Hüseyn bir müddət öncə koronavirus əleyhinə peyvənd olunmuşdu.