Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə Dağlıq Qarabağda gedən müharibə zamanı məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi işi üzrə şahid qismində ölkənin İstintaq Komitəsində dindirilib.
"Bu cinayət işi çərçivəsində baş nazir Paşinyan şahid qismində dindirilib", - Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Cinayət işi 2022-ci ilin mayında araşdırılmağa başlayıb, ölən erməni əsgərlərin ailələri dəfələrlə Paşinyanın dindirilməsini istəyiblər.