Paşinyan hələ də anlamayıb ki, Zəngəzur dəhlizi də Ermənistanın öz maraqlarına xidmət edəcək
24 noyabr 2021 19:24 (UTC +04:00)

Paşinyan hələ də anlamayıb ki, Zəngəzur dəhlizi də Ermənistanın öz maraqlarına xidmət edəcək

Noyabrın 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş görüşü keçiriləcək. Ermənistanın  baş naziri Nikol Paşinyan görüş öncəsi  online formatda keçirdiyi mətbuat konfransında bir çox məsələlərə, o cümlədən kapitulyasiya aktı və Zəngəzur dəhlizi ilə bağlı suallara münasibət bildirib. Paşinyan qəti şəkildə  bildirib ki, Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir, biz qərar veririk, yalnız biz.

Soçi görüşü öncəsi Ermənistan baş nazirinin belə fikirlər səsləndirməsi rəsmi Yerevanın daxili auditoriyalarına yönəlik açıqlamadır. Digər tərəfdən, Paşinyan öz aləmində bu yolla Azərbaycana mesajlarını göndərdi ki, bu da həmişəki kimi olduqca uğursuz alındı. 

Bu sözləri açıqlamasında ekspert Vüsalə Hüseynli bildirib: “Ermənistan baş naziri müsahibəsində kaputilyasiya aktı ilə yanaşı son günlərin aktualmövzusu olan Zəngəzur dəhlizinin aılmasına da münasibət bildirərək, qəti şəkildə Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmayacağını vurğulayıb. O, bununla öz fikrini əsaslandırıb ki, üçtərəfli bəyanatda dəhliz ifadəsinə rast gəlinmir. Üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib. Lakin Paşinyan unudub ki,  həmin bənddə maneəsiz hərəkət ifadəsi yer alıb ki, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur. 
N.Paşinyan iddia edir ki, dəhliz ifadəsi Laçın korridoruna münasibətdə işlədilib. Ancaq erməni baş naziri yaddan çıxarır ki, Laçın korridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Digər tərəfdən əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əgər hər iki tərəf linqivistik barrikada qurmaqla məşğul olacaqsa, onda regionda kommunikasiyaların açılmasında hər hansı irəliləyiş olmayacaq”.  

Xanım Hüseynli onu da vurğulayıb ki, erməni baş nazirinin  bu səviyyədə savadsız açıqlaması ona işarə edir ki, Ermənistan hələ də anlamayıb ki, bu gün regionda Zəngilan dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcəkdir. Çünki Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda  rəsmi Yerevan unudur ki, Naxçıvanın Türkiyə və İranla sərhədi vardır.  Hansı ki, bu Naxçıvanın blokadada olmamasını bir daha təsdiqləyir. Digər tərəfdən Ermənistana Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri quraşdırılmaqla dərs verilib”. 

Vüsalə Hüseynli

# 2598
avatar

Oxşar yazılar