Ermənistanın Baş naziri Nikol Paşinyan
25 fevral 2021 14:41 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan

Paşinyan dediyini etdi: POLİS HƏRƏKƏTƏ KEÇİR...

Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları paytaxt İrəvanda yürüş keçirir.

APA-nın məlumatına görə, yürüşdə N.Paşinyan da iştirak edir.  

N.Paşinyan səsgücləndirici ilə çıxış edərək tərəfdarlarını və əhalini saat 16.00-da Respublika meydanına toplaşmağa çağırır.

O bildirib ki, polis meydanda keçiriləcək mitinqdə vətəndaşların təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3012
avatar

Oxşar yazılar