Asadjon Xojayev, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru
11 aprel 2021 13:32 (UTC +04:00)

Asadjon Xojayev, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru

Özbəkistandan Azərbaycana Qarabağda qardaşlıq jesti

“Azərbaycan torpaqlarında müharibə böyük dağıntılar, faciə gətirib”

APA-nın məlumatına görə, bunu Ağdamda səfərdə olan Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib.

Asadjon Xojayev deyib ki, Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub: “Bu, işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafı ilə bağlıdır. İnsanlar tədricən bu ərazilərə qayıdacaqlar. Çünki burada infrastruktur, evlər, hər şey dağıdılıb. Bütün dünya, beynəlxalq ictimaiyyət buna diqqət yönəltməlidir. Türk Şurasına üzv ölkələr də işğaldan azad olunmuş ərazilərin bərpasında aktiv iştirak edəcək. Özbəkistan bu ərazilərin bərpası üçün öz köməyini təklif edib. Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyənləşdiririk. Bizim inşaatçılar bu ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək. Hazırda Özbəkistan inşaatçıları tərəfindən bərpa ediləcək obyektlərin siyahısı dəqiqləşdirilir. Ən əsası Dağlıq Qarabağa sülh gəlib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4463

Oxşar yazılar

Tramp  fırıldaqçı kimi   davranır – ABŞ  Ukraynanın qanından   necə pul qazanmaq istəyir?

Tramp fırıldaqçı kimi davranır – ABŞ Ukraynanın qanından necə pul qazanmaq istəyir?

2 aprel 2025 , 19:20
Ordumuzun mövqeləri  atəşə tutuldu

Ordumuzun mövqeləri atəşə tutuldu

2 aprel 2025 , 17:32
Ştaynmayer Şəhidlər Xiyabanında

Ştaynmayer Şəhidlər Xiyabanında

2 aprel 2025 , 10:35
Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29