Zenit-raket komplekslərinin təlimi
22 aprel 2021 09:39 (UTC +04:00)

Zenit-raket komplekslərinin təlimi

Ordumuzun raket kompleksləri hədəfləri məhv edib -VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, təlimlərdə müxtəlif çaplı zenit qurğularından və zenit-raket komplekslərindən nümunəvi döyüş atışları icra olunur. Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.

Təlimlərdə əsas diqqət Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin operativ idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə yönəldilir.

Zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir

# 1764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar