"Müəllimlər məktəbə  müştəri toplamağa   gəlirlər" - Deputat
15 dekabr 2022 12:43 (UTC +04:00)

"Müəllimlər məktəbə müştəri toplamağa gəlirlər" - Deputat

“Bir sıra ölkələrdə müəllimlərə iş saatı tətbiq edilir. Bu bizdə də mümkündürmü?”

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, bu gün repetitorların əksəriyyəti məktəblərdə dərsi az götürür, sanki məktəbə müştəri toplamağa gəlirlər: “Onlar əsas gücü repetitorluğa verirlər. Amma çox təcrübəlidirlər, bunu məktəbdə şagirdlərə öyrətmirlər. Amma onlar da öz üstünə düşən vəzifəni yerinə yetirməlidir. Bir sıra məktəblərdə isə siniflərdə hədsiz dərəcədə normadan artıq şagirdlər var. 20 şagird əvəzinə 60-70 şagirdi bir sinfə yığırlar. Digər tərəfdən rayonlarda, kəndlərdə isə müəllim sayı bəzi məktəblərdə şagirddən çoxdur. Digər problem isə budur ki, DİM uşaqlara çox ağır suallar salır. Məktəblərdə keçirilən fənlərlə suallar uyğun gəlmir. Bu gün xaricdə universitetə daxil olmaq asandır, amma 1-ci semestrdən sonra 60-70% tələbə o universitetlərdən qovulur”.

Deputat DİM-in artıq imtahan tarixlərini açıqladığını diqqətə xatırladıb: “Amma martda imtahan verən şagird niyə məktəbə getsin? İstədiyi balı bu şagird yığıbsa, məktəbə getməyə həvəsi də olmaz. Bilirəm ki, bu gün məktəblərdə əsas problemlərdən biri də davamiyyət məsələsidir”.

Deputat universiteti bitirənlərin sertifikasiyasının tərəfdarı olduğunu da qeyd edib: “Müəllim gününün də qarşısı alınmalıdır. Oktyabrın 5-də müəllimi ələ salırlar, müəllimi nüfuzdan salırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3171
avatar

Oxşar yazılar