Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilanın mərkəzində erməni işğalçılar tərəfindən dağıdılmış məsciddə namaz qılıb.
APA-nın xəbərinə görə, vəkil ibadətdən sonra bu torpaqların öz sahiblərinə qayıtması üçün şükür etdiyini deyib: “Tanrıya şükürlər olsun, bu torpaqlar, bu məscidlər öz sahiblərinə qayıdıb”.