Rusiyanın Qarabağdakı sülhməramlıları
15 yanvar 2021 18:03 (UTC +04:00)

Rusiyanın Qarabağdakı sülhməramlıları

Laçın dəhlizindən hərəkət üçün Azərbaycandan icazə alınmalıdır – Çavuşoğlu

“Biz ayrıca Qarabağdakı sülhməramlı qüvvələrinin statusuna dair anlaşma imzalanması üçün Rusiyanı da təşviq edirik”.

 APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu məsələdə Azərbaycandan hər hansı bir şikayət gəlməyib: “Əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə vermək roludur. Buna görə Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansı bir status-kov müəyyənləşsə bu yenə Azərbaycanın sərhədləri daxilində olacaq. Buna görə Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır. “Siz, sülhməramlı olaraq varsınız, kimlərin gedib gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”, - dedik”.

Türkiyə XİN başçısı qeyd edib ki, Naxçıvandan açılacaq dəhlizlə bağlı bir problem yoxdur. O vurğulayıb ki, Moskvada Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşündə bu təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5658
avatar

Oxşar yazılar