Hafiz Hacıyev
25 oktyabr 2021 11:13 (UTC +04:00)

Hafiz Hacıyev

Koronavirusa yoluxan Hafiz Hacıyevdən SON XƏBƏR

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gündən palataya köçürülməlidir.

Lent.az bildirir ki, bunu APA-ya Hafiz Hacıyevin oğlu deyib.

O bildirib ki, atasının vəziyyəti yaxşıdır: “Həkimlər süni tənəffüs aparatından ayırıblar. Daha da yaxşı olacağına ümid edirik. Ağciyərində bir az buzlaşma olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Amma artıq yaxşıdır. Həkimlər bu həftənin axırına xəstəxanadan çıxara biləcəyimizi deyirlər”.

Qeyd edək ki, koronavirusa yoluxmuş H. Hacıyev oktyabrın 17-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3740

Oxşar yazılar