Kadırovun  böyrəyindən əməliyyatı   uğursuz alınıb - İDDİA
18 sentyabr 2023 16:06 (UTC +04:00)

Kadırovun böyrəyindən əməliyyatı uğursuz alınıb - İDDİA

Çeçenistan rəhbəri Ramzan Kadırova böyrək köçürülüb, lakin orqan kök atmayıb. Onun vəziyyəti ağır olaraq qalır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Kadırov Moskvanın tibb müəssisələrindən birində müalicə olunur. Təkrar böyrək transplantasiyası əməliyyatı üçün planlar davam edir.

"Çeçenistan rəhbəri vaxtaşırı özünə gəlir və bu anda potensial varislər arasında hakimiyyətin bölüşdürülməsini müzakirə etmək üçün tərəfdarların əhatəsindədir", - məlumatda vurğulanır.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Dövlət Kəşfiyyat İdarəsi Çeçenistan rəhbərinin səhhətinin xeyli pisləşdiyi barədə məlumat vermişdi. Ukrayna kəşfiyyatçılarının sözlərinə görə, o, bir neçə gündür komada idi. Qeyd olunub ki, Kadırov təyyarə ilə Moskvaya aparılsa da, yerli həkimlər ona kömək edə bilməyib. Bundan sonra o, Çeçenistana geri göndərilib. Çeçenistan rəhbərinin sonrakı müalicə üçün xaricə, ehtimal ki, Birləşmiş Ərəb Əmirliklərinə aparılmasının mümkünlüyü məsələsinə baxılıb.

# 2808
avatar

Oxşar yazılar