Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb.
Onlar - Lənkəran sakinləri Hacı Zaman, Hacı İlqar, Xırdalan sakini Zakir Məmmədov, Bakının Fatmeyi kənd sakini Elnur Quliyev, Rza Kərimov, Kərbəlayi Qoşqar, Kərbəlayi Kahin və Kərbəlayi Farizdir.
Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxslərin bəziləri həm də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.