İranda azərbaycanlılara qarşı repressiya davam edir - MİLLİ FƏALA AĞIR CƏZA
29 dekabr 2023 12:12 (UTC +04:00)

İranda azərbaycanlılara qarşı repressiya davam edir - MİLLİ FƏALA AĞIR CƏZA

İranda azərbaycanlılara qarşı repressiya davam edir. 

Lent.az “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, Güney Azərbaycan vətəndaş cəmiyyəti fəalı Peyman Kərimpur Təbriz İnqilab Məhkəməsinin hökmü ilə 2 il 5 ay həbs və 2 il ölkədən çıxış qadağası ilə cəzalanadırılıb. 

Təbriz İnqilab Məhkəməsinin çıxardığı qərara əsasən, milli fəal ölkənin təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə, hakimiyyət əleyhinə təbliğat aparmaq, müqəddəsləri təhqir etmək və kiberməkanda yalan məlumatlar yaymaqda ittiham edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4470
avatar

Oxşar yazılar