İlham Əliyevin portreti Yeni Kaledoniyada çıxan jurnalda MANŞET OLDU
30 mart 2024 12:40 (UTC +04:00)

İlham Əliyevin portreti Yeni Kaledoniyada çıxan jurnalda MANŞET OLDU

Martın 30-da Yeni Kaledoniyada “La Voix du Caillou” jurnalında “Sakit Okeana xarici müdaxilə: Fransa vəziyyəti yaxından izləyir” adlı məqalə işıq üzü görüb.

Lent.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin portreti olan şəkil jurnalın üz qabığında əsas xəbər kimi dərc olunub.

Məqalədə Azərbaycanın Yeni Kaledoniya xalqına dekolonizasiya işindəki haqlı mübarizəsinə verdiyi dəstək xatırlanır. Qeyd olunur ki, Yeni Kaledoniya xalqı Azərbaycanın Prezidenti və Azərbaycan xalqına öz təşəkkürünü ifadə etmək üçün Azərbaycanın Bayrağı və Dövlət başçımızın Dəmir Yumruq portretini qaldırır. Yeni Kaledoniya Parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie Line Sakilianın Fransa əleyhinə aksiyada çıxışı xüsusilə qeyd olunur.

Qeyd edək ki, M.L.Sakilia martın 21-də Yeni Kaledoniyanın mərkəzi meydanında keçirilən geniş etiraz aksiyasında Azərbaycan, eləcə də Bakı Təşəbbüs Qrupuna göstərilən dəstəyə görə təşəkkürünü ifadə etmək üçün video müraciət yaymışdı.

# 1749
avatar

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08