“İlham Əliyevə səs vermək iman məsələsədir” - Seyid Camal
24 yanvar 2024 21:22 (UTC +04:00)

“İlham Əliyevə səs vermək iman məsələsədir” - Seyid Camal

“Prezident seçkilərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin alternativi yoxdur”.

Lent.az xəbər verir ki, bu fikirləri Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib. 

Onun fikrincə, İlham Əliyevin ona görə alternativi yoxdur ki, 30 il ərzində işğal altında qalan əzəli və əbədi yurdumuz olan doğma Qarabağımızın azad olunmasında bir fateh olaraq tarixi zəfərə imza atıb: 

“Heç şübhəsiz ki, Qarabağın xilaskarı Allah-təalanın özünün seçdiyi İlham Əliyev oldu. Onu da qeyd edim ki, qədirbilən xalqımız birmənalı olaraq illər əvvəl öz doğru seçimini edib. İlham Əliyevin Prezident olduğu dövrdə vermiş olduğu bütün qərarlar dövlətin və xalqın mənafeyinə hesablanıb. Bununla yanaşı, dövlət başçısının beynəlxalq platformalarda sərgilədiyi qətiyyətli və cəsarətli mövqe hər zaman Azərbaycanın milli mənafeyinin qorunmasına xidmət edib. Təmsil etdiyim yüz minlərlə Əhli-beyt sevərlər adına bildirmək istəyirəm ki, işğalda inləyən yurd yerlərimizlə bərabər məscidlərimizin, müqəddəs ziyarətgahlarımızın azadlığa qovuşması ilə Müzəffər Ali Baş Komandan həm də Allahın özünün seçdiyi əsl haqq sahibinə çevrilib. Qürurverici haldır ki, dünyəvi ölkə olan Azərbaycanda milli, mənəvi dəyərlərimizin, Peyğəmbər və Əhli-beyt irsinin ən böyük təminatçısı İlham Əliyevin özüdür. Fevral ayının 7-də keçiriləcək Prezident seçkilərində Allahın seçdiyi və xalqın sevdiyi İlham Əliyevə səs vermək iman məsələsədir!”

# 4149
avatar

Oxşar yazılar