İki il fəhlə işləyib, bir il sədr olan BDU-nin müəllimi – UNUDULAN MƏMURLAR
06 dekabr 2022 20:15 (UTC +04:00)

İki il fəhlə işləyib, bir il sədr olan BDU-nin müəllimi – UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. 

Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Dövlət Gömrük Komitəsinin keçmiş sədri İbrahim Vəliyevdən bəhs edəcəyik.

Vəliyev İbrahim Əli oğlu 1948-ci il iyulun 1-də Ermənistan Respublikası Əşdərək rayonunun Nəzərəvan kəndində anadan olub.

Onun ailəsi 1949-cu ildə Azərbaycanın Kürdəmir rayonunun Atakişili kəndinə deportasiya edilib. 

1954–1965-ci illərdə Atakişili yeddillik məktəbində və Kürdəmir şəhər 1 saylı orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra iki il fəhlə işləyib. 

1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1972–1974-cü illərdə sovet ordusunda leytenant rütbəsində qulluq etmiş və baş leytenant rütbəsində tərxis edilib. 

1974-cü ildən etibarən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin "Mülki hüquq" kafedrasında müəllim işləyir.

1992–1993-cü illərdə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyib.

İbrahim Vəliyev uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, Ali Məclisin və Rəyasət Heyətinin üzvü olaraq siyasi fəaliyyət göstərib. 

O, 2011-ci ildə partiyadan istefa verib.

İbrahim Vəliyev müsahibələrinin birində Səfər Mehdiyevdən Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən istefa veməsini tələb etmişdi.

Gömrük Komitəsinin keçmiş sədri hazırda Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin üzvüdür.

# 12177
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

4 ilə general olan sabiq rəis – UNUDULAN MƏMURLAR

4 ilə general olan sabiq rəis – UNUDULAN MƏMURLAR

27 dekabr 2022 , 19:04
Qorxmaz Hüseynov

Yaponiyadan it gətirən, şəxsi çimərliyi olan sabiq sədr - UNUDULAN MƏMURLAR

16 dekabr 2022 , 20:15
Azərbaycan dilində danışa bilməyən, evdən işləyən nazir - UNUDULAN MƏMURLAR

Azərbaycan dilində danışa bilməyən, evdən işləyən nazir - UNUDULAN MƏMURLAR

16 noyabr 2022 , 20:15
Vətənə xəyanət edib, ölüm hökmü alan nazir -  UNUDULAN MƏMURLAR

Vətənə xəyanət edib, ölüm hökmü alan nazir - UNUDULAN MƏMURLAR

5 noyabr 2022 , 20:15
Milli qəhrəman, vətən xaini, biznesmen - UNUDULAN MƏMURLAR

Milli qəhrəman, vətən xaini, biznesmen - UNUDULAN MƏMURLAR

26 oktyabr 2022 , 18:10
“Yaxşı bəxşiş verirdi, əlçatan nazir idi” – UNUDULAN MƏMURLAR

“Yaxşı bəxşiş verirdi, əlçatan nazir idi” – UNUDULAN MƏMURLAR

14 oktyabr 2022 , 17:30
Qüdrət Quliyev

Oğlundan imtina edən nazirimiz – UNUDULAN MƏMURLAR

3 oktyabr 2022 , 20:15
Əlixan Məlikov

Həbs xəbəri yayıldı, məcburi məzuniyyət və ... – UNUDULAN MƏMURLAR

19 sentyabr 2022 , 20:15