Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.
Qeyd edək ki, YAP Xətai rayon təşkilatının da sədri olan H. Mirələmovun xanım işçisinə qarşı qeyri-əxlaqi hərəkətini əks etdirən video yayılıb.
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.
Lent.az-ın məlumatına görə, iclasda YAP-ın Xətai rayon təşkilatının sədri, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayılan qeyri-etik videogörüntülərinə qiymət veriləcək.