Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyində, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər və digərlərinin iştirakı ilə videokonfrans formatında iclas keçirilib.
APA-nın Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasa 30 yanvarda fəaliyyətə başlayan Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzində xidmət edən türkiyəli general da qatılıb.
Vəziyyətlə bağlı təqdimatla çıxış edən generala nazir Hulusi Akar müxtəlif tapşırıqlar verib.