Azərbaycanda elektriklə işləyən avtobusların idxalı ƏDV-dən azad olacaq
23 oktyabr 2025 16:00 (UTC +04:00)

Azərbaycanda elektriklə işləyən avtobusların idxalı ƏDV-dən azad olacaq

3

Azərbaycana elektrik mühərriki ilə işləyən avtobusların idxalı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.

Lent.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Beləliklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı 2026-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 2264

Oxşar yazılar