Azərbaycan Prezidenti İlham Əliyev bir qrup şəxsin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Lent.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı və Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif ediliblər.