Vilayət Quliyev, keçmiş səfir
10 avqust 2021 12:45 (UTC +04:00)

Vilayət Quliyev, keçmiş səfir

“GƏRƏK BELƏ OLMAYAYDI...” – Səfirimizdən ürəkdağlayan PAYLAŞIM

Azərbaycanın Macarıstandakı keçmiş səfiri Vilayət Quliyev sabah ölkəyə qayıdır.

Lent.az-ın məlumatına görə, bu barədə keçmiş səfir özünün “Facebook” hesabında məlumat paylaşıb.

İzləyiciləri təsirləndirən bu paylaşım sosial şəbəkədə geniş yayılıb. Belə ki, keçmiş səfir həmin yazıda Macarıstanda olan xatirələrini dostlarla bölüşərək, qızının ölüm xəbərini də burada aldığını qeyd edib:

“Ömrün daha bir səhifəsi qapanır. Sabah vətənə dönürük. Həyatımın az qala altıda bir hissəsi Macarıstanda keçdi. Bir az astagəl, çoxdanışan olsalar da, sadəliyi və səmimiliyi ilə seçilən macar insanını sevdim. Mənə çox doğma, çox yaxın göründülər. Siyasətçilərlə faydalı təmas qurduq. Elm adamları arasında çoxlu dostlar tapdım. Xalqlarımızı, ölkələrimizi yaxınlaşdırmaq, bir-birinə daha yaxşı tanıtmaq üçün birgə çalışdıq. Ailəmizin – həmişə mənə dayaq olan xanımımın, övladlarımızın – Şamillə Humayın çoxlu sevincli günlərinin ünvanı Budapeşt oldu… Və təəssüf ki, ürəyimizi parçalayan, dünyanı başımıza dar edən ən dəhşətli xəbəri də burada aldıq. Nə qədər ağır, iztirablı olsa da, ayaqda qalmağa və Allahın bəxş elədiyi ömrü ləyaqətlə yaşamağa çalışırıq… Amma gərək belə olmayaydı!”.

Qeyd edək ki, Vilayət Quliyev Azərbaycanın Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Bu ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı ilə o, geri çağırılıb.

Onu da qeyd edək ki, bu ilin mart ayında V.Quliyevin qızı Humay Quliyeva dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22566
avatar

Mehman Nəbiyev

Oxşar yazılar