Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Moskva şəhərində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanla görüşüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, görüş Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun təşəbbüsü əsasında baş tutub.
Bildirilib ki, görüşdə bir sıra təcili məsələlər, o cümlədən əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin axtarışı müzakirə olunub.
Qeyd olunub ki, tərəflər bir sıra istiqamətlərdə iş aparmaq barədə razılığa gəliblər.