Ermənistandan hərbçimizə QONDARMA İTTİHAM
29 fevral 2024 10:35 (UTC +04:00)

Ermənistandan hərbçimizə QONDARMA İTTİHAM

Ötən gün Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahovun Laçın istiqamətində azaraq Ermənistan tərəfinə keçməsi barədə xəbər vermişdik. 

Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı uydurma ittihamlarla cinayət işi açılıb.

Lent.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hərbçi Ruslan Pənahov haqqında Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açıb.

Verilən məlumata görə, Ruslan Pənahov müstəntiqin qərarı ilə saxlanılıb. Hazırda işin detalları aydınlaşdırılır. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4482
avatar

Oxşar yazılar