Rüfət Səfərovun şüşə qəfəsdən  çıxıb vəkillərin yanında  oturmasına icazə verildi
06 avqust 2026 13:44 (UTC +04:00)

Rüfət Səfərovun şüşə qəfəsdən çıxıb vəkillərin yanında oturmasına icazə verildi

0

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun ilkin məhkəmə instansiyasının qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. 

Təqsirləndirilən şəxsin vəkilləri R. Səfərovun şüşə qəfəsdən çıxarılaraq onlarla birlikdə əyləşməsini xahiş edib. Vəsatət təmin olunub.

Daha sonra vəkillər Rüfət Səfərovun ev dustaqlığına buraxılması və işin qismən istintaqla aparılmasını barədə vəsatət verib. 

Məhkəmə tərkibi vəsatəti təmin etməyib və məhkəmə baxış iclası 20 avqusta təyin edilib. 

Xatırladaq ki, Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. İttihama görə, o, Novxanıda bağ satmaq qarşılığında zərərçəkən kimi tanınan Natiq İmaquliyevdən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Buna görə də N.İmanquliyev onun qarajına gələrək R.Səfərovla mübahisə edib və nəticədə yaralanıb.

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 12 iyun 2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi R. Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar