Məşhur müğənni Rusiyaya qarşı döyüşməyə  hazırdır
06 avqust 2026 14:46 (UTC +04:00)

Məşhur müğənni Rusiyaya qarşı döyüşməyə hazırdır

0

Latviyalı müğənni Layma Vaykule Rusiya ilə Latviya arasında mümkün hərbi münaqişə baş verəcəyi təqdirdə silaha sarılmağa hazır olduğunu bildirib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, müsahibə zamanı jurnalistlər Vaykuledən "Rusiya Latviyaya hücum etsə, nə edərdiniz?" sualını ünvanlayıblar. Müğənni buna "Avtomat götürərəm", cavabını verib.

Bununla yanaşı, o, münaqişənin baş verməyəcəyinə inandığını da vurğulayıb. Vaykule özünü optimist adlandıraraq hər zaman hadisələrə müsbət yanaşdığını söyləyib.

Müğənninin sözlərinə ilk reaksiya verənlərdən biri musiqi prodüseri İosif Priqojin olub. O, bildirib ki, Vaykule əvvəllər siyasi mövqeyi ilə seçilməyib və bu açıqlama onun üçün gözlənilməz olub.

Priqojin deyib ki, Vaykule hər zaman nümunə göstərilən, zövqlü və hörmət edilən sənətçi olub, lakin son açıqlaması ilə razılaşmır. Onun sözlərinə görə, insanların böyük əksəriyyəti müharibə deyil, sülh istəyir. Prodüser həmçinin qeyd edib ki, Vaykule bu gün Latviyanı təmsil etsə də, geniş şöhrəti hələ Sovet İttifaqı dövründə qazanıb.

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev də müğənninin fikirlərini tənqid edib. O bildirib ki, bəzi tanınmış mədəniyyət nümayəndələri Rusiyanı tərk etdikdən sonra daha sərt siyasi bəyanatlar səsləndirməyə başlayırlar. Deputatın sözlərinə görə, əvvəllər sevgi və xoşbəxtlik haqqında mahnılar oxuyan sənətçilərin sonrakı çıxışları tamamilə fərqli məzmun daşıyır.

Bu açıqlamaların fonunda Vaykuleyə məxsus Yurmala şəhərindəki malikanənin satışı ilə bağlı yeni məlumatlar da yayılıb. Mash "Telegram" kanalının iddiasına görə, təxminən 500 kvadratmetrlik ev uzun illərdir satışdadır. Əvvəlcə 5 milyon avroya qiymətləndirilən malikanənin qiyməti sonradan 4,8 milyon avroya endirilib. Bildirilir ki, danışıqlar zamanı qiymətin 4 milyon avroya qədər düşməsi, təcili satış halında isə əlavə endirim edilməsi mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar