Lənkəranda kişi smartfon işlədən  arvadının qabırğalarını  qırdı
06 avqust 2026 16:29 (UTC +04:00)

Lənkəranda kişi smartfon işlədən arvadının qabırğalarını qırdı

0

Lənkəranda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Boladi kəndində qeydə alınıb.

İttiham aktına görə, 53 yaşlı Faiq Xıdırov (şərti adla) yaşadıqları evdə keçmiş həyat yoldaşının smartfon işlətdiyini görüb. Buna irad bildirəndə qadın keçmiş ərini sözlərlə alçaldıb. Beləliklə tərəflər arasında mübahisə yaranıb və Faiq qadının sifətinə sillə ilə zərbələr vurub. Zərbələrin təsirindən qadının başına divara çırpılıb və o, yerə yıxılıb. Nəticədə qadının 3 qabırğası sınıb, həmçinin sifət və bud nahiyəsində xəsarətlər alıb.

Faktla bağlı Faiq Xıdırov saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs 6 il əvvəl boşansalar da, bir evdə yaşadıqlarını və keçmiş arvadının uşaqların tərbiyəsinə biganə yanaşdığını deyib. Onun sözlərinə birgə nikahdan 5 övladları və 2 qızı ailəlidir. O, yekun olaraq, zərərçəkmişlə barışdığını və keçmiş arvadının ona qarşı şikayətinin olmadığını bildirib.

Zərərçəkən də həmçinin Faiq Xıdırova qarşı şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və F. Xıdırov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar