Ermənistan Türkiyə ilə dialoq üçün xüsusi nümayəndə təyin edib.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib.
Onun sözlərinə görə, Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün dialoq prosesində Ermənistanı təmsil edəcək.