Ermənilərə məxsus artilleriya qurğuları  aşkarlandı
30 mart 2024 16:23 (UTC +04:00)

Ermənilərə məxsus artilleriya qurğuları aşkarlandı

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib.

Döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.

# 3210
avatar

Oxşar yazılar