Ermənilər Kəlbəcəri  atəşə tutdu
19 may 2022 18:33 (UTC +04:00)

Ermənilər Kəlbəcəri atəşə tutdu

Mayın 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Lent.az bildirir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

# 2091
avatar

Oxşar yazılar