Millət vəkili Erkin Qədirli üç qanuna əlavə və dəyişikliklərdən ibarət təkliflər paketini Milli Məclisə təklif edib.
Lent.az-ın xəbərinə görə, E. Qədirli “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qrant haqqında” mövcud qanunlara əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihələri hazırlayıb.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 9-cu maddəsinə görə, deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti var.