Rəcəb Tayyib Ərdoğan
25 oktyabr 2021 17:45 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğan

Ərdoğanın Azərbaycana səfər PROQRAMI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Lent.az bildirir ki, APA-nın Türkiyə Prezident Administrasiyasına istinadən verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında Ərdoğan  oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək.

Bildirilib ki, Türkiyə Prezidenti Azərbaycan dövlət başçısı ilə birlikdə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Füzulidə Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək, bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda Türkiyənin də dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark” layihəsinin təməlqoyma mərasimlərinə qatılacaq.

 

“Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, hazırkı regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq”, - məlumatda qeyd olunub.

# 9501
avatar

Oxşar yazılar