Ərdoğandan Azərbaycanın Zəfər Gününə təbrik
08 noyabr 2021 17:01 (UTC +04:00)

Ərdoğandan Azərbaycanın Zəfər Gününə təbrik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.

Lent.az-ın xəbərinə görə, Türkiyə Prezidentinin “Twitter” hesabındakı paylaşımda deyilir:

“Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpaqlarının azadlığa qovuşmasını müjdələyən bu şanlı günü ürəkdən təbrik edirəm. Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizi minnətdarlıqla anıram”.

# 2847
avatar

Oxşar yazılar