Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə və Ermənistan liderləri ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Söhbət zamanı Ərdoğan və Paşinyan vurğulayıblar ki, regionda uzunmüddətli sülh və sabitlik bütün region ölkələrinin inkişafına və rifahına töhfə verəcək”, - Bağdasaryan bildirib.
Tərəflər bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini qeyd ediblər.
Ermənistanın baş naziri ilə telefon danışığı daha əvvəl Ərdoğan tərəfindən açıqlanıb və o, Dağlıq Qarabağda “prezident seçkilərinin” keçirilməsini tənqid edib və seçkiləri səhv addım adlandırıb. O, Paşinyanla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəyinə söz verib.