Elza Seyidcahan  Ziyad Səmədzadənin dairəsindən namizəd oldu
08 avqust 2024 21:05 (UTC +04:00)

Elza Seyidcahan Ziyad Səmədzadənin dairəsindən namizəd oldu

Elza Seyidcahan Ziyad Səmədzadənin dairəsindən namizəd oldu

Əməkdar artist Elza Seyidcahanın növbədənkənar parlament seçkiləri üçün namizədliyi qeydə alınıb.

Lent.az-ın məlumatına görə, E.Seyidcahan bildirib ki, namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb.

Xatırladaq ki, həmin dairədən Ziyad Səmədzadə də deputatlığa namizədliyini irəli sürüb. Yeni Azərbaycan Partiyasının həmin dairədə namizədi 35 yaşlı Elnur Rəhimovdur. O, “Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimovun oğludur. Bu dairədə bir digər namizəd isə AĞ Partiyanın namizədi Araz Teymurovdur.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765
avatar

Fidan İlqar

Oxşar yazılar