Düşmən mövqelərimizi növbəti dəfə atəşə tutdu
17 avqust 2021 23:03 (UTC +04:00)

Düşmən mövqelərimizi növbəti dəfə atəşə tutdu

Avqustun 17-si saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iri çaplı pulemyot və atıcı silahlardan atəşə tutub.

Lent.az xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4212
avatar

Oxşar yazılar