Dövlət bu partiyalara yeni ofis verdi - FOTO
11 avqust 2021 15:06 (UTC +04:00)

Dövlət bu partiyalara yeni ofis verdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib. 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4476
avatar

Oxşar yazılar