Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı
02 avqust 2024 18:07 (UTC +04:00)

Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb.

Lent.az xəbərinə görə, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.

Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 13-dən 2024-cü il avqustun 2-si saat 18:00-dək olan dövrü əhatə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333
avatar

Oxşar yazılar