Daha bir hərbçimizin şəhid xəbəri gəldi-FOTO
30 aprel 2021 00:07 (UTC +04:00)

Daha bir hərbçimizin şəhid xəbəri gəldi-FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

APA-nın xəbərinə görə, 2020-ci ilin oktyabr ayında Füzuli rayonu uğrunda gedən döyüslər zamanı itkin düşən leytenant Yusifov Əli Sülhəddin oğlunun nəşi aşkar olunub.

Bu barədə APA-ya acıqlama verən Ə.Yusifovun atası Sülhəddin Yusifov bildirib ki, bu gün rayon hərbi komissarlığından oğlunun nəşinin aşkar edildiyi haqqında məlumat veriblər.

7 aydır itkin düşən şəhid zabitimiz Ə.Yusifov NMR-in Şərur rayonunun Oğuz kəndindən olub.

Allah Rəhmət Eləsin!

# 2802
avatar

Oxşar yazılar