Daha bir Avropa ölkəsi ilə  VİZA REJİMİ  ləğv olundu
01 fevral 2022 18:10 (UTC +04:00)

Daha bir Avropa ölkəsi ilə VİZA REJİMİ ləğv olundu

Azərbaycan və Serbiya arasında viza tələbi qarşılıqlı aradan qaldırılır.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hər bir tərəfin dövlətinin ümumvətəndaş pasportlarına malik olan vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oradan çıxmaq və ya tranzit keçmək və oraya ilk daxil olduğu tarixdən etibarən yüksək 180 günlük müddət ərzində 90 gündən artıq olmayaraq orada qalmaq üçün viza tələbindən azad edilir.

Qeyd edilib ki, hazırkı saziş qeyri-müəyyən müddətə bağlanılır. Hazırkı sazişin qüvvəyə minməsi üçün zəruri olan bütün dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsi ilə alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2736
avatar

Oxşar yazılar