Ağ ev daha 36 ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan etmək imkanını nəzərdən keçirir. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkəni “xarici terrorçulardan” və milli təhlükəsizliyə digər təhdidlərdən qorumaq zərurətini bəyan edərək, 12 ölkə vətəndaşlarının ölkəyə girişini qadağan etmişdi.
Lent.az bildirir ki, bu barədə “Reuters” Dövlət Departamentinin sənədinə istinadən məlumat yayıb.
ABŞ dövlət katibi Marko Rubionun imzaladığı daxili diplomatik məktubda Dövlət Departamenti bir sıra ölkələrlə bağlı narahatlığını ifadə edib və düzəliş tədbirlərinə çağırıb.
"Departament 60 gün ərzində müəyyən edilmiş meyarlara və tələblərə cavab vermədikləri təqdirdə ölkəyə girişin tam və ya qismən dayandırılması tövsiyə oluna bilən 36 ölkəni müəyyənləşdirib", - ötən həftə sonu göndərilən teleqramda deyilir.
Teleqrama görə, bəzi ölkələr öz vətəndaşlarının ABŞ-dan çıxarılması əmri verilmiş vətəndaşlarının çıxarılmasının asanlaşdırılmasında əməkdaşlıq edə bilməyib. Digər ölkələr vətəndaşlarının ABŞ-a verdiyi vizaların müddətini uzadıblar.
Digər narahatlıqlara bəzi ölkələrin vətəndaşlarının ABŞ-da terror hücumlarında və ya antisemit və anti-Amerika fəaliyyətlərində iştirakı daxildir.
Teleqramda qeyd edilir ki, bütün bu narahatlıqlar sadalanan ölkələrin hamısına aid deyil.
ABŞ-da hansı ölkə vətəndaşları “arzuolunmazdır”?
Növbəti 60 gün ərzində bu məsələləri həll etməsələr, tam və ya qismən qadağaya məruz qala biləcək ölkələr: Anqola, Antiqua və Barbuda, Benin, Butan, Burkina-Faso, Kabo-Verde, Kamboca, Kamerun, Kot-d'Dominika, Efiopiya, Misir, Qabon, Qambiya, Qana, Qırğızıstan, Liberiya Nigeriya, Sent-Kitts və Nevis, Sent-Lyusiya, San-Tome və Prinsipi, Seneqal, Cənubi Sudan, Suriya, Özbəkistan, Tanzaniya, Zambiya və Zimbabve.
Bu ayın əvvəlində aşağıdakı ölkələrin vətəndaşları üçün ölkəyə giriş qadağası elan edilib: Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən.
Daha yeddi ölkənin - Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşları üçün giriş qismən məhdudlaşdırılıb