Müstəqilliyin bərpasından sonra Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri məhz tolerantlıq və çoxmillətlilik prinsiplərinə sadiq qalmaqdan ibarət olub. Azərbaycanın Konstitusiyasında da müxtəlif dinin nümayəndələrinin hüquqları tam qorunur. Bizim ümummilli liderimiz Heydər Əliyev bunu bir kəlmə ilə gözəl ifadə edib: “Azərbaycanın çoxmillətli və tolerant ölkə olması bizim böyük sərvətimizdir”. Bu doğrudan da belədir.
Rus Pravoslav Kilsəsinin Azərbaycan yeparxiyasinin baş keşişi Konstantin Pominov deyir ki, hələ ta qədimdən Azərbaycan bütün xalqların nümayəndələri ilə birlikdə yaşayıb: “Ruslar, ukraynalılar, belaruslar, polyaklar, tatarlar, ləzgilər, talışlar, ermənilər dost kimi yaşayıblar. Bir-biri ilə anlayışla davranıblar, müxtəlif ticarət münasibətləri qurublar, hətta evləniblər də. Həyat belə daha gözəldir. Bilirsinizmi, Azərbaycan coğrafiyasına görə dördyol ayrıcındadır. Burada bütün konfessiyaların nümayəndələri yaşayıblar. Yəhudilər, müsəlmanlar, xristianlar, bəhayilər, atəşpərəstlər bu gün də rahat və sakit həyat tərzi sürürlər. Bu gün bizim ən böyük arzumuz Azərbaycanın çiçəklənməsidir”.
Konstantin Pominovun sözlərinə görə, bundan başqa, Azərbaycan bütün erməni kilsələri qorunub saxlanılır, köhnələri hamısı yenidən təmir olunub: “Bakıdakı erməni kilsəsində ermənilərin neçə yüz illik Bibliyası saxlanılır. Biz erməni xalqının burada tarixini qoruyuruq, onlar neyləyir? Onlar bizim xalqın tarixini məhv edir. Onların müsəlmanlara nifrəti bu qədərdirmi? Nəyə görə məscidləri və tarixi abidələri məhv etmək, orada donuz saxlamaq lazımdır?”
Konstantin Pominovdeyir ki, müharibədə əsgər əsgərlə vuruşur: “Mən əminəm ki, Azərbaycan əsgəri nə indi, nə 1990-cı illərdə heç bir erməni qadınına, uşağına əl qaldırmayıb. Amma 1990-cı illərdə ermənilər işğal etdikləri bütün kəndlərdə mülki əhalini hədəf alıb, ən ağır hadisələri törədiblər. İndi də belədir, bəli biz bombaladıq, amma münaqişə ocaqlarını, dinc əhalini yox. Onlar cəbhədən uzaqları da gülləbaran etdilər. Baxın, Gəncə hardadır? Baxın Bərdə, Tərtər, Mingəçevir cəbhə xəttindən nə qədər uzaqdır. Necə əlləriniz qalxdı uşaqlara, qadınlara, qocalara? Biz əsrlərdir ki, birlikdə yaşayırıq, yaşayacağıq, heç hara getmirik. Bundan sonra necə baxacaqlar bizim gözümüzə? Övladlarını itirmiş anaların gözlərinə necə baxacaqsınız? Gec-tez bütün müharibələr yekunlaşır. Bundan sonrasını necə yaşayacaqsız?”
Rus Pravoslav Kilsəsinin Azərbaycan yeparxiyasinin baş keşişi erməni xalqına müraciət də edib: “Nifrətinizi dayandırın, biz qonşuyuq! Baxın, Gürcüstana – pravoslav xristian ölkəsidir. Görün, necə gözəl münasibətlər qurulub. Həmçinin, yaxın qonşumuz Rusiya ilə münasibətlərimiz çox yaxşıdır. Qarşılıqlı iqtisadi, ticari və turistik əlaqələrimiz var. Axı nəyi bölə bilmirik? Niyə Ermənistan Qafqazda tək qalmaq istəyir? Endirin silahları. Azərbaycan sizin torpağınızın bir qarışını belə götürməyib. Azərbaycan heç bir ölkənin sərhədini keçməyib. Azərbaycan özünün olana sahiblənib! Heç kim erməni xalqına zərər yetirmək istəmir. Sülhlə yaşamağı öyrənin!”
“Bütün ruhum ilə Dağlıq Qarabağ münaqişəsinin başa çatması münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu bizim tarixi qələbəmizdir. Şükür olsun Allaha ki, Azərbaycan öz torpaqlarına qovuşdu. Şükürlər olsun, Qarabağ, Şuşa, işğal altında olan rayonlarımız öz evinə qayıtdı. Bu tarixi hadisədir. Bu tarixi qələbə münasibətinin qazanılmasında Azərbaycan Prezidenti güclü siyasi iradə və əzm nümayiş etdirdi. Azərbaycan əsgərinin döyüş ruhuna və qələbəsinə görə təşəkkür edirəm. Ayrı-ayrılıqda bu qələbəni qazandıqlarına görə hər bir əsgərimizə və zabitimizə təşəkkür edirəm. Canları və qanları bahasına, həyatlarını təhlükəyə atıb insanları qələbə ilə sevindirdilər”, - deyə Konstantin Pominov bildirib.