ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza
13 aprel 2021 16:03 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza

"Bu prinsipləri Ermənistan və Azərbaycan tərəfi qəbul etmişdi" - Metyu Brayza

“Bu gün bizim çox əla konfransımız oldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında çox açıq idi, ona verilən çoxsaylı suallara səmimi və dürüst şəkildə cavab verdi. Bununla  beynəlxalq ekspertlərin Azərbaycanın müharibəni belə minimum itkilərlə necə aparması barədə daha yaxşı fikir formalaşdı. Əliyevin də dediyi kimi, Azərbaycanın perspektivindən baxdıqda, Qarabağ münaqişəsi bitib, artıq həll olunub. 2020-ci il noyabrın 9-da qəbul olunan bəyanat elə bu barədədir”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib.

Onun fikrincə, bu, onların illər ərzində Minsk Qrupu çərçivəsində “Madrid prinsipləri”nə əsaslanan həll yolunun bənzəridir: “Bu prinsipləri 2009-cu ildə Ermənistan və Azərbaycan tərəfi qəbul etmişdi. Beləliklə, bu nəticə ədalətlidir, çünki ortada hər iki ölkənin razılığı var. Olmayan isə Dağlıq Qarabağın qanuni statusu ilə bağlı məsələdir. Dağlıq Qarabağın qanuni statusu ilə bağlı məsələnin şansı qalmayıb, çünki Ermənistan müharibəni uduzub”.

Sabiq həmsədrin sözlərinə görə, Prezident Əliyev deyib ki, Azərbaycan tarixində bu münaqişə ilə bağlı səhifə artıq qapanıb: “O, həqiqətən də gələcəyə doğru irəliləmək istədiyini, müharibəni və münaqişəni əbədi olaraq arxada qoymaq istədiyini vurğuladı.

Lakin Ermənistan münaqişənin sona çatmasını qəbul etməyə hazır deyil. Buna zaman lazım olacaq və psixoloji travma keçəcək, lakin Azərbaycan artıq irəliyə doğru gedir, ərazilərini bərpa edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2518

Oxşar yazılar

Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25
Ermənistandan növbəti TƏXRİBAT:  Dron qaldırdı, atəş açdı...

Ermənistandan növbəti TƏXRİBAT: Dron qaldırdı, atəş açdı...

31 mart 2025 , 10:18