Britaniya səfirinin Cəbrayıldan paylaşımı erməniləri bir-birinə vurdu
06 fevral 2021 18:22 (UTC +04:00)

Britaniya səfirinin Cəbrayıldan paylaşımı erməniləri bir-birinə vurdu

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın “Twitter” hesabında işğaldan azad olunmuş Cəbrayıl rayonundan paylaşım etməsi Ermənistan KİV-lərinin diqqətini çəkib.

Lent.az azvision.az-a istinadən xəbər verir ki, səfirin paylaşımı sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olub. Ermənilər buna görə məyus olduqlarını gizlətməyiblər.

“İngilis səfir “Twitter”də bir şəkil yerləşdirərək Azərbaycan dilində paylaşım edib. O yazıb: “Bu gün işğaldan azad olunmuş ərazilərdəyəm. Bu, Cəbrayıldır. Beş il, on il əvvəl kimə desəydin ki, belə bir hadisə olacaq, bizə gülərdilər. Bu da diplomatiyamızın süqutunun daha bir təcüssümü",- deyə erməni KİV-ləri yazıb.

Qeyd edək ki, bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş Cəbrayıl və Zəngilana səfər ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4968
avatar

Oxşar yazılar