Birinci vitse-prezidentə ömürlük diplomatik pasport veriləcək
20 dekabr 2021 11:53 (UTC +04:00)

Birinci vitse-prezidentə ömürlük diplomatik pasport veriləcək

Xarici İşlər Nazirliyi tərəfindən Birinci vitse-prezidentə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Lent.azın APA-ya istinadla məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək. Həmçinin, xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.

Təklif edilən digər dəyişikliyə əsasən, Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2097
avatar

Oxşar yazılar