“Diqqətinizə çatdırıram ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib”.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.
“Yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşırıq”, - Paşinyan vurğulayıb.