Bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
29 dekabr 2020 12:18 (UTC +04:00)

Bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

0

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, sərəncama əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

https://president.az/articles/49665?fbclid=IwAR3E4-7ugTZK2JHP07lR-8xJtohBuIQpWG2xa7LYEweAr7EDXsGJA8USYVM

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3201

Oxşar yazılar