Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 13 mülki Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağılğı verib.
Lent.az bildirir ki, Ceyhun Bayramov bu barədə öz “Twitter” səhifəsində yazıb.
“Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq.
Başın sağ olsun, qardaş Türkiyə!” - nazir qeyd edib.